Ölkə 16:32 09.07.2022

Qurban kəsimi yerlərində rəzalət hökm sürür - Əliməmməd Nuriyev

"Qurban kəsimi yerlərində rəzalət başlayır. Tam antisanitariya mənzərəsi, kəsilən heyvanların başları, ayaqları, bağırsaqları, dərisi və.s hərəsi bir tərəfə atılıb”.

Qaynarinfo xəbər verir ki, bunu Əfv komissiyasının üzvü, "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev şəhərdəki qurban kəsimi yerlərində ysranan mənzərəni əks etdirən fotolardan danışarkən deyib. O, bu məsələdə Qida Təhlükəsizliyi Agentliyinin əmakdalarını ittiham edib.

"Qan su yerinə axır hər tərəfdə. Qəssablar hərə bir formada (xalatsız və müvafiq geyimlərsiz), müştərilər bilavasitə kəsim yerlərində, azyaşlı üşaqlar və s. Bilmək olmur ki, müştəri hansıdır, qəssab hansı və azyaşlı uşaqların burada nə işi var. Ümümiyyətlə isə Qida Təhlükəsizliyi Agentliyi əmakdaları ətrafda gözə dəymir. Niyə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları yoxdur? Məncə, cavabı məlum olan suallardandır! Bir çox hallarda hökumətin yaxşı təşəbbüslərinə bəzi təsisatların bu davranışları neqativ münasibətin yaranmasına gətirir”.

Bahar Rüstəmli