Xəbər lenti

İdman 11:48 13.02.2024

“Real”ın avtobusu qəzaya düşdü

Çempionlar Liqasının 1/8 final mərhələsində "Leyptsiq"lə oyun üçün Almaniyaya gedən "Real”ın komanda avtobusu qəza törədib.

Qaynarinfo-nun məlumatına görə, La Liqa təmsilçisini daşıyan təyyarə Leyptsiq hava limanında baş verən tətil səbəbindən Erfurta enib. "Real” avtobusla matçın keçiriləcəyi şəhərə gedərkən qəzaya düşüb. Madrid klubunun avtobusu minik avtomobili ilə toqquşub. Nəqliyyat vasitəsinin sürücüsünün hərəkət zolağını dəyişərkən səhvə yol verdiyi və "Real”ın avtobusunu vurduğu bildirilib. 

Qəzanın maddi zərər verdiyi avtobus qısa fasilədən sonra yoluna davam edib. Komanda günorta saatlarında Leypsiqin mərkəzindəki otelə çatıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->