Xəbər lenti

Dünya 16:45 18.06.2024

"Realme GT6" smartfonlarının bütün partiyası İspaniyaya gedən yolda yoxa çıxdı

Yeni "Realme GT6" smartfonunun təqdimatı ərəfəsində brendin İspaniya bölməsi ölkədə pərakəndə satış üçün nəzərdə tutulan cihazların bütün ilk partiyasının oğurlandığını açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "9to5Google" portalı məlumat yayıb.

Oğurlanmış telefonları tapmaq üçün edilən bütün səylərə baxmayaraq, şirkət cəhdlərinin uğursuz olduğunu etiraf edib. "Realme"nin İspaniya bölməsi insidentdən təəssüfləndiyini bildirib və yaranan narahatlığa görə müştərilərdən üzr istəyib. Şirkət hadisə ilə əlaqədar olaraq ilk həftədə cihazların mövcudluğuna zəmanət verə bilməyəcəyini vurğulayıb.

Qeyd olunur ki, iyunun 20-nə təyin edilmiş təqdimat tarixi dəyişməz olaraq qalır.

"Realme GT6"nın təqdimatı iyunun 20-də baş tutacaq. Məlumdur ki, yeni məhsul 1,5K təsvir ölçülü, 120 Hz tezliyə və 6000 nit pik parlaqlığa malik OLED ekran təqdim edəcək. "Snapdragon 8s Gen 3" çipi smartfonun işinə cavabdehdir və 5500 mAh batareya 120 Vt simli doldurmanı dəstəkləyir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->