Xəbər lenti

Rəsmi Bakı: “Azərbaycan Konstitusiyasına və BMT nizamnaməsinə uyğun hərəkət edib”
Siyasət 20:35 04.11.2023

Rəsmi Bakı: “Azərbaycan Konstitusiyasına və BMT nizamnaməsinə uyğun hərəkət edib”

"Azərbaycan dövləti Konstitusiyasına və BMT nizamnaməsinə uyğun hərəkət edib”.

"Report”un xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbokla birgə keçirdiyi mətbuat konfransında deyib.

C.Bayramov sentyabrın 19-20-də antiterror tədbirlərini labüd edən amillər barədə həmkarına məlumat verib: "3 il ərzində Azərbaycan davamlı olaraq yüksək təmkin göstərib. Azərbaycan Silahlı Qüvvələri peşəkarlıq göstərərək məhdud əməliyyat keçirib. Həmin əməliyyat beynəlxalq hüququn tələblərinə uyğun şəkildə aparılıb”.

Nazir onu da bildirib ki, Azərbaycan suverenliyini tam bərpa etdikdən sonra həmin ərazilərdə beynəlxalq ictimaiyyət üçün şəffaf şərait yaradıb: "Antiterror tədbirlərindən sonra regiona xarici nümayəndələrin səfərləri təşkil edilib. Bir həftə ərzində ABŞ nümayəndə heyəti bölgəyə səfər edib. Bütün qeyd olunan missiyalar ilk dəfə idi ki, həyata keçirilirdi”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->