Siyasət 15:31 08.08.2022

Rəsmi Pekindən Qarabağdakı gərginliyə reaksiya

Çin ümid edir ki, Ermənistan və Azərbaycan siyasi dialoq yolu ilə fikir ayrılıqlarını aradan qaldıracaq, həmçinin əldə olunmuş atəşkəs razılaşmalarına əməl edəcək.

Qaynarinfo "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin deyib.

Onun sözlərinə görə, Pekin təmas xəttində vəziyyətin gərginləşməsi ilə bağlı xəbərlərə diqqətdə saxlayı: "Azərbaycan və Ermənistan Çinin dostu və tərəfdaşlarıdır. Ümid edirik ki, hər iki tərəf atəşkəslə bağlı əldə olunmuş razılaşmalara əməl edəcək və vəziyyətin daha da gərginləşməsinə yol verməyəcək, həmçinin siyasi dialoq vasitəsilə ziddiyyətləri və fikir ayrılıqlarını aradan qaldıra biləcək".

Aydın