Xəbər lenti

Rüfət Nasosnu əsəbiləşdi:
Maqazin 15:07 03.10.2023

Rüfət Nasosnu əsəbiləşdi: "Narkoman istəyir ki, hər kəs onun kimi olsun"

"Heç kim deyə bilməz ki, Rüfət mənə narkotik təklif edib. O qədər insanı bu yoldan çəkindirmişəm ki”. 

Bunu Qaynarinfo-ya açıqlamasında meyxanaçı Rüfət Nasosnu deyib. O, narkotik istifadəçilərinə səslənərək, pis vərdişlərdən uzaq durmağa çağırıb:

"Daha dərin bir şey ardınca düşsünlər. Hərdən mənə deyirlər ki, necə olur sən nəşə, siqaret çəkmirsən, içki içmirsən, bəs nədən həzz alırsan? Sənin həzz aldığın nəsə yoxdur? Cavab verirəm ki, var, niyə yoxdur? Yığıram qohumlarımı başıma, gedib yaxşı yerlərdə oturub dincəlirik. Qohum toylarına gedirik, baxıram hamının üzü gülür. Toyda onlar oynayır, mən də kənardan baxıb həzz alıram. Bacarırsan həyatdan həzz al. Ən böyük həzz Allahı tapmaqdadır. İnsanın güvəndiyi bir şey olmalıdır, nəyəsə, kiməsə görə yaşamalıdır. İnsan qorxmadığı yer olmayanda azğınlaşır, istədiyi hər şeyi edir, məsələn, Hitler kimi. Əmr verir ki, hamını öldürün. Hər bir insan gücü çatdığı qədər ətrafına zülm edir”.

Rüfət Nasosnunun fikirincə, narkomanın keçmişi olmur:

"Narkoman həmişə narkomandır. Rusların belə bir sözü var, narkoman məzuniyyətə çıxır, pensiyaya çıxa bilmir. Bu məntiqlə bəzi adamlar da mənə yaxınlaşır, elə bilirlər ki, mən də o biriləri kimiyəm, narkotiki tərgitməmişəm. Narkotiki təzə tərgidəndə meyxana deyənlərdən yaxınlaşıb təklif edirdilər ki, gəl qonaq ol. Görüblər ki, yox ey, mən o Rüfət deyiləm. Bu gün cəmiyyət belə bitəhərdir, meyxana deyənlərə yuxarıdan aşağı baxırlar. Deyirlər "ola bilməz, birazdan yenə başlayacaq narkotikaya, rola girib”. Bəzi adamlar elə bilir ki, narkotik olmadan meyxana demək olmur. Yəni, meyxana deyən ya içməlidir, ya da narkotik qəbul etməlidir. İnsanları qınamaq olmaz”. 

Rüfət Nasosnu hesab edir ki, meyxanaçılardan bəziləri zamanında bu işlə məşğul olub deyə, meyxanaçı deyəndə göz önünə narkoman gəlir: 

"Meyxana deyənlərin 95%-i narkotik istifadə edirdisə, indi 95%-i bundan istifadə etmir. Kim narkotik istifadə edirdisə, indi onlar da düzəlir. Düzəlməsələr də, o dünyada Allah onları düzəldər. Bu gün cəmiyyət aqresivləşib. Adam var ki, evdə üstünə arvad qışqıran kimi, girib internetdə məni söyür. Deyir ki, ola bilməz bu adam narkotiki tərgitsin, başqa birinə müdiri maaşını vermir, o da məni təhqir edir. Kimin nə problemi varsa, məni söyür. ATV mənim çıxışımı paylaşıb, girib şərhlərdə məni söyürlər. Tərbiyyəsizin biri yazıb ki, "bəsdirin, bunları göstərdiniz”. İnsan tanımadığı adamı söyər? Heç kimi söymək, təhqir eləmək olmaz. Lap belə qarşı tərəf səni söysə də, ədəblə danışmalısan. Əgər Milli Məclisdə təhqirə görə qərar qəbul olunsa, çox yox, hər söyüşə görə 50-100 manat cərimə tətbiq olunsa, sosial şəbəkələr düzələr. Burada hamını söyürlər, tərbiyyəsizlik baş alıb gedir".

Rüfət Nasosnu valideynlərə də müraciət edib: 

"Atalar-analar ailənizlə maraqlanın, mehriban olun. Kişi evə pul gətirməyəndə, yaxud da səhv edəndə onu kəsib atmaq olmaz. Qadınlar, görsəniz ki, əriniz narkotikə meylənib, onu mehribancasına çəkindirə bilərsiniz. Hər şey siqaretdən başlayır. Siqaret, marixuana, sonra da zirzibil. Narkoman belədir ki, istəyir hər kəs narkoman olsun. Fahişə istəyər ki, hamı fahişə olsun, təki o diqqət mərkəzində olmasın. 60 mənzilli binada bir fahişə qalarsa, hamı ondan danışar, ancaq 20 fahişə qalarsa, heç kəs onlardan danışmayacaq, hər şey adiləşəcək”. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->