Xəbər lenti

Rumıniyada Rusiyanın xeyrinə casusluq edən şəxs həbs edildi
Dünya 14:55 24.05.2024

Rumıniyada Rusiyanın xeyrinə casusluq edən şəxs həbs edildi

Rumıniya vətəndaşı Rusiyaya casusluq edərkən yaxalanıb və artıq həbs edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Digi24” yazır.

Rumıniyalının törətdiyi cinayət dövlətə xəyanət kimi qiymətləndirilir. Həmin şəxsin Rumıniyadan keçən hərbi konvoyları lentə alıb və fotolarını çəkdiyi və Rusiya səfirliyi vasitəsilə Kremlə göndərilidiyi iddia edilir.

"2024-cü il mayın 23-də Mütəşəkkil cinayətkarlıq və terrorizmlə mübarizə idarəsinin (DIICOT) müstəntiqləri dövlətə xəyanət cinayətinə görə mühakimə olunan təqsirləndirilən şəxsin (Rumıniya vətəndaşı) tutulması barədə göstəriş verib.

İşdə olan dəlillərdən məlum olub ki, o, 2022-ci ildən başlayaraq Tulça şəhəri yaxınlığında yerləşən bəzi Rumıniya və ya NATO hərbi obyektlərini müşahidə edib, hərbi məlumatlar toplayıb və Ukrayna ilə sərhəd bölgədə hərbi texnika və şəxsi heyətin hərəkətinin fotolarını çəkib və Rusiyanın Buxarestdəki səfirliyindəki diplomatlara göndərilib”, - DIICOT-un bəyanatında deyilir.

Şübhəlinin mənzilində axtarış aparılıb və sübutlar götürülüb.

DIICOT-un məlumatına görə, Buxarest Apelyasiya Məhkəməsi təqsirləndirilən şəxsin 30 gün müddətinə qabaqlayıcı həbs qəti imkan tədbiri seçib.

İstintaq tədbirləri DİİCOT-un mərkəzi strukturu və Mütəşəkkil cinayətkarlıq və terrorizmlə mübarizə idarəsi və tabeliyində olan qurumların ədliyyə polisi əməkdaşları ilə birgə həyata keçirilib. Aksiya Rumıniya Kəşfiyyat Xidməti, Milli Müdafiə Nazirliyinin Hərbi Kəşfiyyat Baş İdarəsi və "Vlad Tepeş” Jandarmeriyanın xüsusi təyinatlı briqadasının jandarmlarının dəstəyini alıb. İxtisaslaşdırılmış dəstək DIICOT-un Texniki və Məhkəmə Ekspertizası Xidmətləri və IGPR daxilində Xüsusi Əməliyyatlar Müdirliyi tərəfindən təmin edilib. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->