Dünya 16:27 26.09.2022

Rusiya fond bazarı çökür, Kreml ölkədən qaçanların qarşısını almaq üçün yol düşünür

Rusiya fond bazarı həftəyə Rusiya hökumətinin səhmləri və borc qiymətli kağızları üçün kotirovkaların kəskin azalması ilə başlayıb.

FSB-nin vətəndaşların ölkəni tərk etməsinə icazə verməməsi və Kremlin səfərbərlikdən qaçmaq üçün sərhədləri bağlamağı nəzərdən keçirməsi ilə bağlı xəbərlər fonunda, Moskva Birjası indeksində fevralın 24-dən bəri ən böyük eniş qeydə alınıb - 12%.

Qaynarinfo xəbər verir ki, bu barədə "Moscow Times” yazıb.

Rusiyanın 43 ən böyük şirkətinin kapitallaşmasını izləyən indeksin dəyəri müharibənin ilk günündən bəri ən aşağı səviyyə olmaqla 1841,4 bənddə düşüb.
Rusiya Federasiyası Dövlət Duması tərəfindən hərbi vəziyyətə dair fövqəladə düzəlişlərin qəbul edilməsindən sonra beş ticarət günündən də az müddət ərzində Moskva Birjası indeksi 23% və ya kapitallaşmanın təxminən 3 trilyon rublunu itirib. Bu, milli iqtisadiyyatı dəstəkləmək üçün illik büdcə xərcləri ilə müqayisə edilə bilən məbləğdir.

Moskva vaxtı ilə saat 13:36-da "Sberbank”ın səhmləri 9,1%, "Qazprom” - 6,4%, VTB - 8%, "Surgutneftegaz” - 14,1%, "Rosneft” - 11,4%, "Meçela” - 14,4%, "Transneft” - 13,8%,  "Aeroflot” - 10,8% ucuzlaşıb.

Nizami Bağırov