Rusiya
Aerokosmik Qüvvələrinin helikopterləri bu yaxınlara qədər Amerika bazasının
yerləşdiyi Suriyanın Raqqa əyalətindəki Tabka hərbi aerodromuna enib.
Qaynarinfo
xəbər verir ki, ABŞ qoşunları Türkiyənin "Barış pnarı” əməliyyatının başladığı ərəfədə
bu bölgəni tərk edib. Buna görə də hazırda obyekti müttəfiq qüvvələr qoruyur.
Xatırladaq
ki, Ankara Suriyanın şimal-şərqindəki təhlükəsizlik zonasını terrorçu kürd qruplarından
təmizləmək istəyir. 9 oktyabrda ölkə ərazisinə hərbi avadanlıqlar gətirilib və
antiterror əməliyyatlarına başlanılıb.
Bir
neçə gün əvvəl isə ABŞ Türkiyəni əməliyyatın 120 saat dayandırmasına və
yaraqlılara yerdəyişmə imkanı verəməyə razı salıb.
Bu gün saat 22:00-da verilən
120 saat vaxt bitir. Türkiyə tərəfi terrorçular həmin ərazini tərk etməyəcəyi təqdirdə
əməliyyatlara davan edəcəyini bəyan edib.
<iframe width="1280" height="720" src="https://www.kp.ru/video/embed/738826" frameborder="0">
Şərhlər