Maqazin 18:06 16.07.2019

Rusiyada azərbaycanlı modelin 1,5 milyonluq üzüyü oğurlandı

Moskvada restoranların birində azərbaycanlı model Gülnarə Əlimuradovanın üzüyü oğurlanıb.

Qaynarinfo Axşam.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, dəyəri 1,5 milyon rubl (təxminən 40 min 741 manat) olan zinət əşyası 15 iyulda itib.

Əvvəlcə itən əşyanın kimə aid olduğu bilinməsə də, məsələ sonradan üzə çıxıb. Məlum olub ki, G.Əlimuradova üzüyü restoranın tualetində unudub. Sözügedən üzüyü ona nişanlısı hədiyyə edib.