Video 18:09 13.02.2020

Röya: “Brilyant xanım məni qapıdan qovur” (VİDEO)

ARB TV-nin "Show News” verilişinin növbəti müsahibi xalq artisti Röya Ayxan olub.

Röya, xalq artisti Brilyant Dadaşova və Zülfiyyə Xanbabayeva haqqında ağız dolusu danışıb:

"Özüm çox rahat insanam. Bəlkə də bundan irəli gəlir. Məsələn, mən biləndə ki, Brilyant xanım toyu aparır 10-15 dəq tez gedirəm. İçəri girib o qədər danışıram ki, axırda məni qapıdan gülə-gülə qovur ki, səsim batdı çıx-çıx... Keçən dəfə salonda bəzənirdim, Zülfiyyə Xanbabayeva gəldi dedi ki, düş aşağı, mən gecikirəm. Məni düşürüb özü bəzəndi. Mən gülürəm, özü də başlayır gülməyə. Bir-birimizə hər şeydə söz eləsək bu cür sevgi-hörmət olmaz. İçəri girəndə özümün və onun müsbət və mənfilərindən danışıram. Brilyant xanımla gözəl dostluğumuz var. Mən də onu çox sevirəm. Yaxşı ki, mənim belə sənətkarım var”.