Xəbər lenti

Sabiq qadın futbolçudan etiraf:
İdman 13:59 02.07.2022

Sabiq qadın futbolçudan etiraf: "Gənc ikən üç nəfər tərəfindən..."

Niderland millisinin keçmiş futbolçusu və baş məşqçisi Vera Pauv futbolçu karyerası zamanı ona qarşı zorakılıq edən 3 nəfərlə bağlı təəccüblü etiraflar edib.

Qaynarinfo xəbər verir ki, Pauv açıqlamasında futbolçu olduğu dönəmdə üç nəfər tərəfindən cinsi istismara məruz qaldığını və indiyəcən federasiyadan heç bir dəstək almadığını polisə bildirdiyini söyləyib.

Sabiq futbolçu tvitterdəki paylaşımında bu sözləri yazıb: 

"35 ildir dünyadan, ailəmdən, komanda yoldaşlarımdan bir sirr saxlayırdım. İndi özüm də bunu qəbul edə bilərəm. Hətta mənim ən yaxınlarımın da gənc futbolçu ikən tanınmış futbol funksioneri tərəfindən zorlanmağımdan xəbəri yoxdur. Daha sonra iki nəfər tərəfindən də cinsi təcavüzə məruz qaldım. Son illər Niderlandın futbol rəsmilərinə problemi dinlətməyə çalışdım, lakin nəticəsi olmadı. Daha səssiz qala bilmirəm. Bu artıq mənim üçün sonun başlanğıcı olacaq. Amma bilirəm ki, daha çox ürək ağrıdacaq. Ancaq ümid edirəm ki, mənim kimi cinsi təcavüzə məruz qalan digər gənc futbolçular da irəli çıxıb hekayələrini bölüşmək üçün kifayət qədər cəsarət hiss edəcəklər”.

59 yaşlı mütəxəssis hazırda İrlandiyanın qadınlardan ibarət millisinin baş məşqçisidir və 1984-1998-ci illərdə Niderland millisinin formasını geyinib. Daha sonra o, məşqçilik karyerasına Şotlandiyanın qadınlardan ibarət komandasında başlayıb və 2004-cü ildən etibarən Niderlandda işləyib. 2018-ci ildə NWSL-in "Hyuston Dash"ı çalışdırıb.

Açıqlamadan sonra "Reuters"ə məlumat göndərən Niderland Futbol Federasiyası, Pauvun keçmişi haqda danışdığı hadisələrlə bağlı araşdırma başlatmağa qərar verdiyini bildirib.

Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->