XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Samovar №1" 1500 manat cərimələndi
Ekonomiks12:30 04.12.2023

"Samovar №1" 1500 manat cərimələndi

Binəqədi rayonunda yerləşən "Samovar №1" restoranı barəsində cərimə protokolu tərtib edilib. 
Qaynarinfo-nun məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə Dövlət Reklam Agentliyi tərəfindən yazılıb.
Araşdırma zamanı məlum olub ki, Binəqədi rayonu, S.S.Axundov 415 ünvanda yerləşən "Samovar №1" adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilib.
Məhkəminin qərarı ilə restoran sahibi barəsində 1500 manat məbləğində cərimə təyin edilib.
Əhməd