Xəbər lenti

İdman 21:54 24.09.2023

"Səbail" "Araz-Naxçıvan"ı məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.

Qaynarinfo-nun məlumatına görə, günün ikinci matçında "Səbail" "Araz-Naxçıvan"ı qəbul edib.

Qarşılaşma paytaxt təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 45+2-ci dəqiqədə Pedro Nuno penaltini dəqiq yerinə yetirib.

Bu nəticədən sonra xallarının sayını 13-ə çatdıran "dənizçilər" 2-ci pilləyə yüksəlib. Naxçıvan klubu 10 xalla beşincidir.

Qeyd edək ki, günün ilk görüşündə "Sabah" "Kəpəz"lə heç-heçə edib - 2:2. Daha əvvəl "Sumqayıt" - "Turan Tovuz" (0:0) və "Zirə" - "Neftçi" (1:1) qarşılaşmaları bərabərliklə yekunlaşıb. Tura sentyabrın 25-də "Qəbələ" - "Qarabağ" oyunu ilə yekun vurulacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->