Xəbər lenti

Dünya 18:45 25.08.2023

Səidə Mirziyoyeva atasının köməkçisi oldu

Özbəkistan prezidenti Şavkat Mirziyoyev administrasiyasında bir sıra təyinatlar həyata keçirib. 

Qaynarinfo xəbər verir ki, dövlət başçısının fərmanı ilə Özbəkistan liderinin köməkçisi postuna onun böyük qızı, 38 yaşlı Səidə Mirziyoyeva təyin edilib.

Qeyd edilir ki, buna qədər Özbəkistan prezidentinin qızı onun administrasiyasının rabitə və informasiya siyasəti sektoruna rəhbərlik edib. Səidədən başqa, Əziz Maqrupov yenidən Mirziyoyevin köməkçisi olub.

Eyni zamanda, Rəvşən Quliyev və Əlişir Sultanov prezidentin iqtisadi inkişaf və enerji təhlükəsizliyi üzrə müşaviri vəzifələrini tutublar. Şuxrat Qəniyev Mirziyoyevin aqrar məsələlər üzrə köməkçisi olub, Müzəffər Kamilov dini və millətlərarası münasibətlərlə məşğul olacaq, Qofurcon Mirzəyev isə kadr məsələlərini həll edəcək.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->