Xəbər lenti

Sentyabr ayında əhalinin xərcləri gəlirlərindən daha çox artıb
Ekonomiks 16:56 15.10.2024

Sentyabr ayında əhalinin xərcləri gəlirlərindən daha çox artıb

Bu ilin ilk 9 ayı ərzində Azərbaycanda əhalinin bir nəfərinin orta aylıq nominal gəlirləri 671 manat, pərakəndə ticarət şəbəkəsindən xərclədiyi orta aylıq məbləğ isə 465,2 manat olub.

Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, əvvəlki dövr (yanvar-avqust) ilə müqayisədə yanvar-sentyabr aylarında əhalinin orta aylıq nominal gəlirləri 1,4%, əhalinin orta aylıq xərcləri xərcləri isə 2% artıb.

Məlumat üçün bildirək ki, bu ilin ilk 8 ayında Azərbaycanda əhalinin bir nəfərinin orta aylıq nominal gəlirləri 661,4 manat, pərakəndə ticarət şəbəkəsindən xərclədiyi orta aylıq məbləğ isə 456,1 manat olub.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->