Xəbər lenti

Sərnişin avtobusu aşdı, 21 nəfər yaralandı
Ölkə 15:07 28.01.2025

Sərnişin avtobusu aşdı, 21 nəfər yaralandı

Lənkəran-Boradigah-Masallı yolunda sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib.

Qaynarinfo xəbər verir ki, hadısə sözügedən yolun Lənkəran şəhərindəki yanacaqdoldurma məntəqələrindən birinin yaxınlığında baş verib.

TƏBİB-dən bildirilib ki, Lənkəran-Boradigah-Masallı yolunda, Lənkəran şəhəri ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində yanvarın 28-i saat 13:30 radələrindən başlayaraq 21 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları qoyulan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilir.

Vəziyyətlərinə müvafiq olaraq müxtəlif şöbələrə yerləşdirilirlər.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->