Xəbər lenti

Sertifikasiya imtahanı verən müəllimlərin nəzərinə!
Ölkə 23:45 24.06.2024

Sertifikasiya imtahanı verən müəllimlərin nəzərinə!

21, 22 və 24 iyun tarixində təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna start verilib.


Qaynarinfo xəbər verir ki, bu barədə Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzi məlumat yayıb.

 

Müəllimlər portal.edu.az platformasının "Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər.

Qeyd edək ki, təhsilverənlər 1 ay müddətində şəxsi kabinetləri vasitəsilə apellyasiya müraciəti edə bilərlər. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->