İngiltərənin "Mançester Siti” futbol klubunun
hücumçusu Serxio Aquero üçün əsas prioritet İspaniya "Barselona”sına mümkün
transferdir.
"Report” xəbər verir ki, bu barədə "Sky Sport Italia”
telekanalının jurnalisti Fabrisio Romano öz tvitter səhifəsində məlumat verib.
O, qeyd edib ki, futbolçuya üç klub müraciət edib:
"Serxionun prioriteti "Barselona”ya keçməkdir.
Danışıqlar davam edir. Tərəflər 2023-cü ilə qədər olacaq müqaviləni müzakirə
edirlər. Aquero Kataloniya klubu üçün əmək haqqı tələblərini 10 milyon avrodan
aşağı salmağa hazırdır”.
Qeyd edək ki, 2011-ci ildən "Mançester Siti”də çıxış
edən Serxio Aqueronun müqaviləsi mövsümün sonunda başa çatır və 32 yaşlı
futbolçu azad agent olacaq.
Şərhlər