Sinə əməliyyatı etdirən Xalq artisti Naibə Allahverdiyeva tanınmaz hala düşüb.
Bu barədə Qaynarinfo-ya danışan aktrisa estetik əməliyyatlardan qorxduğunu bildirib:
"Bəzi problemlərim var idi. Sinəkiçiltmə əməliyyatı etdirim. Çəkim ağır idi, ayaqlarıma ağrı verirdi. Düşündüm ki, bir az da arıqlayım. 10 kiloqrama yaxın arıqlamışam. Hardasa 7-8 kiloqram da çəki atmaq istəyirəm”.
Naibə Allahverdiyeva deyir ki, artıq çəki səhnə fəaliyətinə mane olur:
"İndi teatrda əvvəlki kimi deyil, tamaşalar fiziki hərəkət üstündə qurulur. Artıq çəki bədəndə bir yükdür. Gərək çoxdan arıqlayardım”.
Aktrisa estetik əməliyyatlardan qorxduğunun səbəbini açıqlayıb:
"Estetik əməliyyatlar çox vaxt uğurlu alınmır, baxırsan, əməliyyatdan sonra adamların baxışları dəyişir. Gör nə qədər adamlar estetik əməliyyat etdirib, hər birinin də əməliyyatdan sonra üz cizgiləri itib”.
Bahar Rüstəmli
Şərhlər