Xəbər lenti

Foto 16:40 01.08.2023

Siyəzənin Yenikənd kəndində "Açıq mikrofon" keçirildi (FOTO)

SOCAR "Azəriqaz" İB-nin bölgələrdə təşkil etdiyi "Səyyar qəbul otağı"nın növbəti ünvanı Siyəzən rayonu olub. 

Qaynarinfo xəbər verir ki, ilk olaraq Xaçmaz RQİİ-nin rəisi çıxış edərək aksiyanı açıq elan edib. Daha sonra mikrofon önünə sakinlər çıxaraq müraciətlərini ünvanlayıblar. 

Yenikənd camaatı fərdi yaşayış evinin qarşısından keçən qaz xəttinin yerinin dəyişdirilməsi, fərdi yaşayış evinin qazlaşdırılması və qapı keçidinin quraşdırılması kimi məsələlərlə bağlı çıxış ediblər. 

Görüşdə səsləndirilən problemlərin araşdırılması və aidiyyəti üzrə yönləndirilməsi üçün bütün müraciətlər qeydə alınıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?