SOCAR-ın Karbamid zavodu ilin birinci rübündə azot gübrəsi satışını keçən ilin müvafiq dövrü ilə müqayisədə daxili bazarda 3.24 dəfə, xarici bazarda isə 8 dəfə artırıb.
Bu barədə Qaynarinfo şirkətin "Twitter"də yayımladığı hesabatına istinadən
xəbər verir.
SOCAR Karbomid ilin ilk üç ayında 53.4 min ton daxili bazar, 83.6 min ton xarici bazarda azot gübrəsi satıb.
Dünyada neftin qiymətinin kəskin artımı azot gübrəsinin ixracatından əldə olunan vəsaitin də artımına səbəb olub. Belə ki, ixracatın həcminin 8 dəfə artmasına baxmayaraq, dəyər baxımından 33 dəfə artaraq, 56.7 milyon dollara çatıb.
SOCAR azot gübrəsini əsasən Brazilya, Türkiyə, Moldova, Bolqarıstan və Hindistana ixrac edib.
M.Arif
Şərhlər