İdman 16:48 20.05.2022

"Sumqayıt"da yeni müqavilələr

2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" iki futbolçusu ilə müqaviləni yeniləyib.
 
Qaynarinfo klubun mətbuat xidmətinə istinadən məlumat verir ki, klub Vüqar Mustafayev və Vurğun Hüseynovla müqavilə müddətini yeniləyib. Vurğun növbəti mövsümdə də "Sumqayıt"ın formasını geyinəcək. Hüseynov "Sumqayıt”ın tarixində ən çox oyun keçirən futbolçudur. 2013-cü ildə "Xəzər Lənkəran”la oyunda komandada debüt edən təcrübəli müdafiəçi ümumilikdə 188 qarşılaşmada meydana çıxıb. O, 2 qol vurmağa da müvəffəq olub.
 
Vüqarla müqavilənin müddəti isə üç illikdir. 2019-cu ildən sumqayıtlıların şərəfini qoruyan Mustafayev bu müddət ərzində ümümilikdə 64 oyunda meydana çıxıb. O, həmçinin Azərbaycanın U-21, U-23 və "A" millilərinin uğurları üçün çalışıb.
 

 
Səbuhi Həsənov