Xəbər lenti

Dünya 19:49 12.11.2023

Suriyadan Türkiyəyə böyük miqdarda silah göndərilib? - Rəsmi açıqlama

Türkiyə Prezidenti Administrasiyası bəzi mətbuat orqanlarında Suriyadan ölkəyə böyük miqdarda silah göndərilməsi ilə bağlı yayılan xəbərləri təkzib edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiyalar Müdirliyi yanında Dezinformasiya ilə Mübarizə Mərkəzinin məlumat yayıb.

"KİV-nin Suriyadan Türkiyəyə ciddi miqdarda silah göndərilməsi ilə bağlı xəbəri həqiqətə uyğun deyil”, deyə bildirilib.

Prezidenti Administrasiyası əlavə edib ki, Ticarət Nazirliyinin gömrük nəzarəti qrupları ən müasir texniki vasitələrdən istifadə etməklə gecə-gündüz işləyir.

"Sərhədimizdən keçən yük maşınlarının salonu və yükləri fiziki baxışdan keçir. Rentgen aparatlarından keçən avtomobillər müfəssəl texniki baxışdan keçirilir”, deyə məlumatda qeyd edilir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->