Xəbər lenti

Dünya 18:44 07.03.2023

Taliban Əfqanıstanda çıxarılan neftin ilk satışını həyata keçirdi

Çərşənbə axşamı Kabildə (Əfqanıstan) ölkədə hasil edilən neftin ilk hərracı keçirilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Talibanın nəzarətində olan Mədən və Neft Nazirliyi məlumat yayıb.

Çərşənbə axşamı 20 min ton Kaşqar neftinin və 7 min ton Anqut nefti üçün tender Mədən və neft naziri nazir səlahiyyətlərini icra edən Şahabuddin Delaverin iştirakı ilə satışa çıxarılıb. Tender Kabildəki nazirliyin binasında keçirilib.

"Biz Əfqanıstanda hasil edilən ilk neftin şahidiyik və qürurverici haldır ki, müraciət edən şirkətlər də ölkə daxilində yerləşiblər və xammalın bütün emalı Əfqanıstan daxilində həyata keçiriləcək", - nazir səlahiyyətlərini icra edən Şahabuddin bildirib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->