Azərbaycan Dillər Universitetinə yeni prorektor təyin olunub.
Qaynarinfo azedu.az-a istinadən xəbər verir ki, tarix elmləri namizədi, dosent Tamam Cəfərova Dillər Universitetində Təlim-tərbiyə işləri üzrə prorektor təyin edilib.
Məlumatı ali məktəbdən təsdiqləyiblər.
Təyinat bu gün Elmi Şuranın qərarı ilə rəsmi təsdiqini tapacaq.
Xatırladaq ki, Tamam Cəfərova 1957-ci il 5 aprel tarixində Bakıda anadan olub.
1966-1976-ci illərdə Bakı şəhər 180 saylı orta məktəbi qızıl medalla bitirib. 1976-1981-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb. 2006-cı ildən Mərkəzi Seçki Komissiyasının üzvü, Parlamentdə azlıqda olan partiyaların təmsilçisidir.
Şərhlər