Dünya 19:57 19.08.2022

TASS: ABŞ Ukraynanın Krımı Amerika silahları ilə vuracağını bildirdi

ABŞ administrasiyası bildirib ki, Ukrayna Krıma zərbə endirmək üçün Amerika silahlarından istifadə edə bilər.

Qaynarinfo xəbər verir ki, Vaşinqton Kiyevin bu cür hərəkətlərini "özünümüdafiə” kimi qiymətləndirəcək, ona görə də onları məqbul hesab edir.
 
Bu haqda TASS Politico-ya istinadən yazır.

"Ukraynanın öz suveren ərazisində seçmək qərarına gəldiyi istənilən hədəf, tərifinə görə, özünümüdafiə hədəfidir”, - mənbə bildirib. Rusiya deyir ki, Krım yarımadasına sahiblik məsələsi yenidən nəzərdən keçirilmir.
 
Alpər