"Azərbaycanda
birmənalı şəkildə onlayn və ənənəvi təhsil sistemi dayandırılmalıdır”.
BunuQaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Ekspert
bildirib ki, ölkədə internetin sürəti olduqca aşağıdır:
"Bundan
əlavə, müəllimlər arasında könüllü orduya çağırılanlar var. Digər tərəfdən isə
bu, təhlükəsizlik üçün də vacibdir. Hazırda ölkənin bütün diqqəti Qarabağa,
müharibəyə yönəlib. Burada təhlükəsizlik məsələsi də var. Şagirdlər məktəbə
gedir, istər-istəməz xoşagəlməz hadisələr baş verə bilər. Ümumiyyətlə, ölkə ərazisində
təhsil prosesi hərbi əməliyyatlar başa çatana kimi dayanmalıdır”.
Kamran
Əsədov bildirib ki, belə vəziyyətdə heç bir halda keyfiyyətli təhsildən danışa
bilmərik:
"Valideynlər
narahatdır, həm də ölkədə normal internetin fəaliyəti dayandığna görə proqram əsasında
dərsin keçirilməsi mümkün deyil. Proqram dayanmalıdır və hərbi əməliyyatlar
başa çatandan sonra şagirdlər qaldığı yerdən davam etməlidir. Yoxsa müəllim deyəcək,
mən bu dərsləri keçmişəm, yekunda isə şagirdlər keşmədiyi dərslərə görə
proqramdan geri qalmış olacaq. Ona görə də ölkədə hərbi əməliyyatlar başa
çatana kimi onlayn, ənənəvi tədris prosesi dayandırılmalıdır”.
Bahar
Rüstəmli
Şərhlər