Xəbər lenti

Təhsil ödənişləri Yelo App ilə daha rahatdır
Ekonomiks 14:47 17.01.2025

Təhsil ödənişləri Yelo App ilə daha rahatdır

Yelo Bank, müştərilərinin gündəlik maliyyə işlərini daha rahat və sürətli etmək məqsədilə rəqəmsal xidmətlərini daim təkmilləşdirir. İndi Yelo App vasitəsilə ölkənin aparıcı təhsil müəssisələrinin ödənişlərini heç hara getmədən cəmi bir neçə kliklə həyata keçirmək mümkündür.

Yelo App ilə ödəniş etmək mümkün olan təhsil müəssisələri:

ADA University
ADA məktəbi
Avropa Azərbaycan məktəbi
ATL Academy
Azerbaijan British College
Baku Oxford School
Dunya School
Kaspi Liseyi
Hədəf Liseyi
Milli Aviasiya Akademiyası
Onlayn Sınaq İmtahan Mərkəzi
21-ci Əsr Tədris Mərkəzi

Necə istifadə etməli?

Yelo App tətbiqində "Ödəniş” menyusunu seç.

Daha sonra "Təhsil və sınaq” bölməsinə daxil ol.

Təhsil müəssisəsinin tələb etdiyi məlumatları (Tələbə ID, valideynin FIN kodu və s.) daxil et.

Bununla da vaxt itirmədən, cəmi bir neçə kliklə ödəniş tamamlanır və növbələrdə xərcləyəcəyin dəyərli vaxtını özünə və sevdiklərinə ayıra bilərsən. Yelo App yalnız təhsil ödənişlərini deyil, digər bank əməliyyatlarını da əlçatan edir. Tətbiq vasitəsilə kart və kredit sifariş edə, ölkədaxili və ölkəxarici köçürmələr gerçəkləşdirə, səfirlik üçün arayış ala və digər bir çox əməliyyatları yerinə yetirə bilərsən.

Yelo Bank, rəqəmsal xidmətlərini genişləndirərək müştərilərinə daha innovativ və istifadəçi dostu təcrübə təqdim etməyi hədəfləyir. Sən də Yelo App-in üstünlüklərindən yararlanmaq üçün tətbiqi smartfona yüklə: bit.ly/ylmbltb. Təhsil ödənişləri haqqında daha ətraflı məlumat üçün: bit.ly/tehsil-odenisleri

Bank xidmətləri, eləcə də tecili kredit haqqında əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram, Whatsappyelo.az hesablarımızı ziyarət edin.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->