Yaponiyanın Toyota avtomobil istehsalçısı ABŞ-da 2,9, dünyada isə 3,4 milyon avtomobilin geri çağırıldığını elan edib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb sözügedən avtomobillərin təhlükəsizlik yastıqlarında problem olmasıdır.
"Toyota ABŞ-da 2011-2019 Model Corolla, 2011-2013 Model Matrrix, 2012-2018 Model Avalon və 2013-2018 Model Avalon Hibrid nəqliyyat vasitələrini geri çağırır. Bu da təxminən 2,9 milyon avtomobil deməkdir", - deyə Toyota Motorun açıqlamasında qeyd olunub.
Automotive News-un məlumatına görə, təhlükəsizlik yastıqlarında müəyyənləşdirilən qüsur indiyə qədər 24 nəfərin ölümünə, 300-ə yaxın insanın isə yaralanmasına səbəb olub.
Camal
Şərhlər