Türkiyənin Azərbaycandakı səfiri Cahit Baxçı Azərbaycanın İrandakı səfirliyinə edilən xain terror hücumu nəticəsində şəhid Orxan Əsgərovun yas mərasimində iştirak edib, ailəsinə başsağlığı verib.
Qaynarinfo-nun xəbərinə görə, bunu diplomat tviterdə yazıb.
"Hərbi atəşemiz, müşavirimiz və diplomatlarımızla birlikdə şəhid qardaşımız Orxan Əsgərovun yas mərasimində iştirak etdik, onun atası Rizvan Əsgərov, əmisi və yaxınlarına başsağlığı verdik", - səfir vurğulayıb.
O qeyd edib ki, Türkiyə həmişə Azərbaycanın yanındadır.
Şərhlər