Ölkə 17:04 18.03.2023

Türkiyədə müalicə alan qazi vətənə qayıtdı (FOTO)

Türkiyədə müalicə alan qazimiz Vahid İmanlı Taleh oğlu Vətənə geri qayıdıb.

Bu barədə Qaynarinfo-ya "YAŞAT” Fondundan bildirilib.

Qeyd edilib ki, Vahid İmanlı 2 il müddətində Türkiyədə müalicə alıb. "YAŞAT" Fondu tərəfindən müalicə xərcləri qarşılanıb.

Xatırladaq ki, bu günə qədər 178 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 176-nın müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilir.