Bu həftə Ukraynada anomal istilər, bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Qaynarinfo xəbər verir ki, bu barədə sinoptik İqor Kibalçiç xəbərdarlıq
edib.
O, izah edib ki, Avropanın mərkəzi və qərbində siklonik aktivliyin inkişaf edəcəyi gözlənilir və bu səbəbdən cənub və cənub-şərq istiqamətlərindən hava axını Ukrayna ərazisi üzərində üstünlük təşkil edəcək.
"Belə atmosfer sirkulyasiyası səbəbindən Türkiyə və Balkan yarımadası ölkələrindən bizə isti hava axmağa başlayacaq", - Kibalçiç bildirib.
Yağıntı baxımından yaxın günlərdə xeyli yağış yağacağı gözlənilmir, yalnız qərb hissəsində arabir mülayim yağıntı müşahidə olunacaq.
Alpər
Şərhlər