Texnologiya 10:22 03.11.2022

"Twitter"də böyük ixtisar: 3700 əməkdaş yola salınır

"Twitter"i 44 milyard dollara satın alan İlon Mask böyük ixtisarlara hazırlaşır.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, ümumilikdə şirkət əməkdaşlarının 50 faizi ixtisar olunacaq. Bu isə təxminən 3700 işçi deməkdir.

"Twitter"in yeni təyin olunmuş Baş direktoru vaxtilə uzaqdan işləməyə icazəsi olan işçilərdən San-Fransiskoda və ondan kənarda "Twitter" ofislərinə hesabat vermələrini tələb edəcək.

Bu ilin əvvəlində Mask sərvətinin böyük hissəsini əldə etdiyi elektrikli avtomobil biznesi olan "Tesla"da oxşar bir ofisə qayıtma siyasətini tətbiq edib. "Tesla"da ofisə qayıdan işçilər uzunmüddətli gediş-gəlişdən və işlərini effektiv şəkildə yerinə yetirmək üçün lazım olan parkinq, avadanlıq və yer çatışmazlığından məyus olub.

2010-2021-ci illər arasında "Twitter"in ümumi gəliri təxminən 25 milyard dollar, tədqiqat və inkişaf xərcləri təxminən 7,8 milyard dollar, xalis gəliri isə təxminən 1,3 milyard dollar təşkil edib.

Xəyal