Xəbər lenti

Ukrayna limanlarını blokadadan çıxarmaq üçün hərbi-dəniz koalisiyası yaradıla bilər
Dünya 20:21 23.05.2022

Ukrayna limanlarını blokadadan çıxarmaq üçün hərbi-dəniz koalisiyası yaradıla bilər

9Ukraynanın müttəfiqləri Rusiyanın Qara dənizdəki limanların blokadasını aradan qaldırmaq üçün hərbi-dəniz koalisiyası yaratmalıdır. Bu, ərzaq böhranının qarşısını alacaq.

Qaynarinfo xəbər verir ki, bu sözləri Litvanın xarici işlər naziri Qabrielius Landsberqis "The Guardian”a bildirib
 
"Vaxt çox az qalıb. Biz yeni məhsul mövsümünə yaxınlaşırıq və Odessa limanından başqa taxıl ixrac etmək üçün əlavə praktik yol yoxdur", deyə Landsbergis vurğulayıb.

Nazie eyni zamanda qeyd edib ki, hazırda ərzaq böhranının qarşısını almaq üçün dünyanın yoxsul ölkələrinə ciddi addımlar atmağa hazır olduqlarını göstərmək son dərəcə vacibdir.
 
Landsbergis təklif edir ki, dəniz müşayiəti əməliyyatı Ukrayna taxıl gəmilərini qoruya bilər. O, həmçinin əlavə edib ki, Böyük Britaniya ilə yanaşı, Misir kimi potensial taxıl itkisindən təsirlənən ölkələr də lazımi müdafiəni təmin edə bilər.

"Bizə gəmiçilik zolaqlarını qorumaq üçün əhəmiyyətli dəniz gücünə malik olan ölkələrin koalisiyasına ehtiyacımız olacaq", deyə Litva Xarici işlər nazirliyinin rəhbəri bildirib.
 
Qeyd edək ki, Rusiya donanması Ukrayna taxılını dəniz yolu ilə ixrac etmək imkanını tamamilə əngəlləyib. Bu səbəbdən bir sıra ölkələrdə kütləvi aclıq başlaya bilər.

Nizami Bağırov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->