Ukrayna Silahlı Qüvvələri yaxın aylarda Rusiyanın Kursk bölgəsini tərk edə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bild" nəşrinin analitiki Yuliya Repke bildirib.
O vurğulayıb ki, Rusiya qoşunları Kursk bölgəsində USQ-nin mövqelərinə qərbdən, Lyubimovka və Novoivanovka kəndlərinə doğru irəliləyir. Onlar, həmçinin Ukrayna hərbçilərini Korenevo rayon mərkəzinin yaxınlığındakı son kənddən də sıxışdırıblar. Bununla yanaşı, ruslar şərqdən də Ukrayna xəttini daraldaraq, Borqi və Spalnoye kəndlərini ələ keçiriblər. Hazırda Plekovo kəndi uğrunda döyüşlər gedir - əks hücumun başlanğıcından bəri ruslar burada artıq 13 km irəliləyiblər.
"Hazırda Kursk bölgəsində dinamika o qədərdir ki, üç ay [döyüş] keçdikdən sonra Rusiya əsasən nəzarəti geri qaytarmağa müvəffəq olub. Lakin ukraynalıların ələ keçirdiyi yeganə şəhər olan Sudja uğrunda böyük döyüş hələ başlamayıb. Buna görə də, hələ bilmirik ki, ukraynalılar orada nə qədər uzun müddət qala biləcəklər, orada necə möhkəm müdafiə qura biliblər. Yəqin ki, bunu yaxın həftələrdə, ən geci yaxın aylarda görəcəyik. Çünki indiki dinamika belədir ki, ruslar, bəli, öz ölkələrində, yavaş-yavaş öz sərhədlərinə doğru irəliləyir və ukraynalıları oradan sıxışdırırlar", - deyə Röpke bildirib.
Onun məlumatına görə, Rusiya Silahlı Qüvvələri Kursk bölgəsində daha çox optik liflə idarə olunan, 8 km məsafəyə qədər təsir edən dronlardan istifadə etməyə başlayıb. Bu dronlar USQ-nin texnikasını müvəffəqiyyətlə məhv edir, ukraynalıların elektron müharibə sistemləri onlara qarşı effektiv olmur. Ukraynalılar isə buna cavab olaraq ənənəvi kiçik kvadrokopterlər və yeni orta sinif sabit qanadlı interceptor dronları ilə reaksiya verirlər.
Alpər
Şərhlər