Çərşənbə axşamı, aprelin 2-də Haaqada Ukrayna itkiləri reyestri rəsmi olaraq açılıb və ukraynalılara yeni mexanizmdən istifadə edərək kompensasiya tələbləri irəli sürməyə imkan verib.
Qaynarinfo
xəbər verir ki, reyestr Haaqada Ukrayna, Hollandiya və Avropa qurumlarının yüksək səviyyəli rəsmilərinin iştirak etdiyi konfrans zamanı açılıb.
Rəsmilər ümumilikdə 10 milyona qədər sorğu gözləyirlər. İlkin diqqət işğal nəticəsində yaşayış əmlakının zədələnməsi və ya məhv edilməsi ilə bağlı iddialara yönəlib. Bu kateqoriya üzrə 300 min ilə 600 min arasında müraciətin təqdim ediləcəyi gözlənilir.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba konfrans zamanı jurnalistlərə deyib: "Bu, atdığımız ilk maddi addımdır”.
"Bu gün bizim burada görüşməyimiz təkcə Rusiyanı necə məsuliyyətə cəlb edəcəyimizi müzakirə etmək üçün deyil, həm də zərər çəkmiş hər bir ukraynalının faydalana biləcəyi çox konkret prosedura başlamaq üçün son dərəcə vacibdir”, - o əlavə edib.
Qeyd edək ki, Kuleba aprelin 2-də "Ukraynada ədalətin bərpası” konfransında iştirak etmək üçün Haaqaya səfər edib. İclasın gündəliyində işğalçı ölkə Rusiya üçün xüsusi tribunalın müzakirəsi var.
Haaqada o, bir sıra ikitərəfli danışıqlar aparmağı planlaşdırır, həmçinin "Ukraynada ədalətin bərpası" mövzusunda nazirlər konfransında iştirak edəcək.
Putin Ukraynada aclıq törətməyə cəhd etdiyi üçün Haaqadan yeni həbs orderi ala bilər - hüquq müdafiəçiləri deyib.
Kuleba daha əvvəl izah edib ki, xüsusi tribunal əslində Rusiyanın yüksək siyasi və hərbi rəhbərliyini xüsusi olaraq Ukraynaya qarşı təcavüz cinayətinə görə məsuliyyətə cəlb etmək üçün yeganə fürsətdir.
Tribunalın yaradılması Avropa Parlamenti və AŞPA tərəfindən öz qətnamələri ilə dəstəklənib.
Xatırladaq ki, 2023-cü il martın 17-də Haaqa Beynəlxalq Cinayət Məhkəməsi ukraynalı uşaqları Rusiya Federasiyasına deportasiya etməkdə və Ukraynada hərbi cinayətlər törətməkdə şübhəli bilinərək Vladimir Putinin həbsinə order verib. Putin Roma Statutunu ratifikasiya etmiş 123 ölkədə həbs oluna bilər.
Həmin il iyulun 27-də Putin və uşaq ombudsmanı Mariya Lvova-Belova barəsində həbs qərarı çıxaran hakim Tomoko Akane Rusiyada axtarışa verilib.
Alpər
Şərhlər