Xəbər lenti

Vidadi Rzayev avrokuboklarda klublarımızın şanslarını dəyərləndirdi
İdman 16:04 28.07.2023

Vidadi Rzayev avrokuboklarda klublarımızın şanslarını dəyərləndirdi

Klublarımız avrokuboklarda cari mövsüm ilk oyunlarını keçirdilər. "Qarabağ” səfərdə məğlubiyyətlə azarkeşlərini üzsə də, komandanın növbəti mərhələyə keçəcəyinə inam böyükdür. O cümlədən "Neftçi” və "Sabah”ın da şansları yüksək qiymətləndirilir. Doğma meydanda Kipr "Omonia”sına məğlub olan "Qəbələ” ümid verməsə də, komandaya inam az deyil. 

Azərbaycanın tanınmış veteran futbolçularından olan Vidadi Rzayev klublarımızın şanslarını dəyərləndirib. O, Qaynarinfo-ya açıqlamasında bunları söyləyib: 

"Qarabağ” ÇL-də oynayır. "Sabah” demək olar, mərhələni keçib. Yəni bunu təmin edib. "Qəbələ”nin vəziyyəti bir qədər yaxşı deyil. Onların şansının daha çox olduğunu deyə bilmərəm. "Neftçi”yə gəlincə, şansları yüksəkdir. Oyunun gedişatı da göstərdi ki, "Jelezniçar”dan birbaş üstündürlər. Düzdür, baş məşqçi komandanı yeni götürüb. Qısa müddətdir çalışır. Çatışmayan cəhət, fikrimcə, hücumla bağlıdır. Bu mövqedə problemləri var. Müdafiədə səhvlərin olması normaldır. Səhv olmasa, qol da vurulmaz. Futbolun, ümumiyyətlə, idmanın marağı elə səhvlərdədir. Saldaniya "Neftçi” üçün yaxşı hücumçu idi, amma onu buraxdılar. Hansı problemləri yaşadıqlarını bilmirəm, ancaq hücum xəttini düzəltsələr, yaxşı olar. Belə baxanda yarımmüdafiə xətti elə hücum kimidir. Kəskinlik yarada bilirlər. Yalnız hücumçu çatışmazlığı var. "Neftçi” hələ ki, futbolçuların fərdi ustalıq səviyyələri sayəsində yaxşı görünür. Mutunun üslubunda bəzi kombinasiyalar görünürdü. Amma istədiyini komandaya otuzdura bilməyib. Yəqin özünün bildikləri var, hansı üslubu tətbiq edəcək, görəcəyik. Oyunun gedişatı göstərdi ki, "Jelezniçar”dan güclüdürlər. "Neftçi”nin transferlərinə gəlincə, müdafiədə xəttindəki iki stopperi fərqləndirərdim. Getdikcə bir-birilərinə öyrəşəcəklər. Pis futbolçular deyil”.

Rzayev "Neftçi”nin yeni futbolçularının durumuna, xüsusən də "Qarabağ”dan transfer edilən Qara Qarayevin keçidinə də toxunub:

"Qara Qarayev hələ "Qarabağ”da da oynaya bilərdi. Amma aşağı səviyyəli komandaya getməyib. "Neftçi” də səviyə baxımından "Qarabağ”dan geri qalmır. Azərbaycanın flaqmanı olub. İndi "Qarabağ” daha yaxşı çıxış edir. Fikrimcə, builki "Neftçi” pis komanda deyil. Rəqabət güclü olacaq. Elə "Sabah”ı da nümunə gətirmək istərdim.  Bu il çempionat çox maraqlı olacaq. Qara heç də səviyyəsindən aşağı komandaya getməyib”.

"Sabah”ın növbəti mərhələyə keçəcəyini bildirən veteran futbolçu bu klubarı şanslı görür:

"Klublarımızdan "Qarabağ”, "Neftçi”, "Sabah” daha şanslıdır. Fikrimcə, "Neftçi” ilə "Qarabağ” Bakıda qələbə qazanacaq. Əslində "Qarabağ” səfərdə də udmalı idi, sadəcə, bir qədər şanssızlıq oldu və üçüncü qolu buraxdılar.  

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->