Şəmkir Rayon Polis Şöbəsinin Kür bölməsinin rəisi, polis polkovniki Ədalət Sadıqov vəzifəsindən azad edilib.
"Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Nazirin digər əmri ilə Ədalət Sadıqov Şəmkir Rayon Polis Şöbəsində təhqiqatçı vəzifəsinə təyinat alıb.
Vilayət Eyvazovun digər əmri ilə Şəmkir Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin baş tədqiqatçısı, polis mayoru Ariz Cəfərov vəzifəsindən azad olunaraq, Şəmkir Rayon Polis Şöbəsinin Kür Polis Bölməsinin rəisi vəzifəsinə təyin olunub.
Şərhlər