"Xəzər TV"nin efirində gərgin anlar (VİDEO)

Əməkdar artist Mətanət İsgəndərli "5/5” verilişinə bacısı Sədaqətlə birlikdə qonaq olub.

Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, sənətçi bacısının da oxumağa başladığını bildirib.

Veriliş zamanı Sədaqətin keçmiş əri aparıcı Zaur Kamala zəng edib. O, Sədaqətin efirə çıxmasına əsəbiləşib. 

Gərgin anların yaşandığı proqramda Mətanət özündən çıxıb və aparıcını tənqid edib.

"Canlı yayım təhlükəlidir. Burada qan tökülə bilər. Niyə efirə belə adamları calayırsız? Bura məhkəmədir? Başqa mövzu danışın” deyə, İsgəndərli söyləyib.

Sədaqət isə "Bu da mənim günahımdır. Biz çoxdan ayrılmışıq” sözlərini əlavə edib.

Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR