Xəbər lenti

Video 15:45 25.07.2019

Xəzərdə itkin düşən pilotun VİDEOSU

 
Azərbaycan Hərbi Hava Qüvvələrinin qəzaya uğrayan "Miq-29" təyyarəsinin Xəzər dənizində itkin düşən pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin təlimlərdən görüntüləri yayımlanıb.

Qaynarinfo xəbər verir ki, ötən il Hərbi Hava Qüvvələrinin qırıcılarının təlimləri barədə Real TV reportaj hazırlamışdı.

Həmin reportajda bu gün radardan itən "Miq-29" təyyarəsinin pilotu Rəşad Atakişiyev də uğurlu uçuş etmişdi.

Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

Hazırda R.Atakişiyevin axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Polkovnik-leytenant Rəşad Atakişiyev hərbi hissə komandirinin müavini idi. 

34 yaşlı R.Atakişiyevin iki oğlan övladı var. 

Hazırda pilotun axtarışları davam etdirilir. Hadisə ilə bağlı Hərbi Prokurorluqda cinayət işi açılıb.

 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->