Xəbər lenti

XXI əsrdə Premyer Liqanın ən yaxşı 25 futbolçusu (SİYAHI)
İdman 19:20 18.10.2024

XXI əsrdə Premyer Liqanın ən yaxşı 25 futbolçusu (SİYAHI)

Tanınmış Goal.com portalı 2000-ci ildən bəri Premyer Liqada çıxış edən 25 ən yaxşı futbolçunun reytinqini hazırlayıb.

Qaynarinfo portala istinadən xəbər verir ki, ilk "beşliy"ə Tyerri Anri, Pol Skoulz, Ueyn Runi, Kevin De Brüyne və Stiven Cerrard daxil olub.

İlk "onluq"da həmçinin Frenk Lempard, Məhəmməd Salah, Patrik Vieyra, Kriştiano Ronaldo və David Silva yer alıb.

Müəlliflər qeyd edirlər ki, 2000-ci il yanvarın 1-dən əvvəl əldə edilmiş nailiyyətlər nəzərə alınmayıb. Bu da Premyer Liqanın əfsanələri Alan Şirer və Roy Kinin pik illərini istisna edir. Maraqlıdır ki, Robert Pires, Nemanya Vidiç, Sol Kempbel, Qaret Beyl və Robin van Persi kimi məşhur futbolçular belə bu siyahıya daxil edilməyib.

Goal.com-a görə 21-ci əsrin ən yaxşı 25 Premyer Liqa oyunçusu:

1.Tyeri Anri 
2.Pol Skoulz
3.Ueyn Runi
4.Kevin de Bruyne
5.Stiven Cerrard
6.Frenk Lempard
7.Məhəmməd Salah
8.Patrik Vieira
9.Kristiano Ronaldo
10.David Silva
11.Serxio Aquero
12.Eden Hazar
13.Vincent Kompani
14.Didye Droqba
15.Rodri
16.Rio Ferdinand
17.Con Terri
18.Harri Keyn
19.Erlinq Holland
20.Virgil van Diyk
21.Peter Çex
22.Eşli Koul
23.Luis Suarez
24.Sesk Fabreqas
25.Yaya Ture

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->