Xəbər lenti

Yeni direktor gəldi, birinci müavin işdən çıxdı
Ölkə 17:33 02.12.2023

Yeni direktor gəldi, birinci müavin işdən çıxdı

Heydər Əliyev Sarayının direktorunun birnci müavini Faiq Mirzəyev işdən çıxıb.

Qaynarinfo xəbər verir ki, o, bu barədə özünün sosial şəbəkə hesabında yazıb.

"Hər bir işin sonu olduğu kimi mənim də Heydər Əliyev Sarayındakı 3 illik fəaliyyətim sona çatdı. Məni saraya təyin edən sabiq mədəniyyət naziri Anar Kərimova, mədəniyyət naziri Adil Kərimliyə, sarayın gözəl kollektivinin hər bir üzvünə, sarayla çalışan təşkilatçılara dərin təşəkkürümü bildirirəm”, deyə Faiq Mirzəyev bildirib.

Qeyd edək ki, Faiq Mirzəyev 2021-ci ildə Heydər Əliyev Sarayının direktor müavini, 2022-ci ildə isə direktorun birinci müavini təyin olunub.

Xatırladaq ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, bu ilin noyabrın 25-də İlham Qasımov Heydər Əliyev Sarayının direktoru təyin edilib.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->