"Zirə” yeni futbolçu ilə anlaşıb.
Qaynarinfo-nun məlumatına görə, Bakı komandası Salifu Sumanı Fransanın "Havr” klubundan transfer edib. Klubun mətbuat xidmətindən 19 yaşlı vingerlə 2+1 illik müqavilə imzalandığı bildirilib.
Qvineyadan olan futbolçu karyerası ərzində ölkəsinin "Kalum” Fransanın "Bastiya” və "Havr” klublarının şərəfini qoruyub.
Səbuhi Həsənov
Şərhlər