Xəbər lenti

“Pautina” əməliyyatı: Ukrayna dronları bu unikal sxemlə Rusiyaya çatdırıb - WP
Dünya 15:52 02.06.2025

“Pautina” əməliyyatı: Ukrayna dronları bu unikal sxemlə Rusiyaya çatdırıb - WP

Ukrayna müharibə dövründə ən irimiqyaslı gizli əməliyyatlardan birini həyata keçirərək "Hörümçək toru” kod adı altında dron-kamikadzelərlə Rusiyanın hərbi aerodromlarına hücum edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Washington Post” məlumat yayıb.

Ukrayna kəşfiyyatındakı anonim mənbənin sözlərinə görə, əməliyyat düşmən ərazisinə dronların çatdırılması üçün unikal sxem sayəsində mümkün olub. Məlumata əsasən, FPV tipli partlayıcı ilə təchiz olunmuş dronlar kontrabanda yolu ilə Rusiyaya keçirilib, daha sonra yük maşınlarında və binaların dam örtükləri altında gizlədilib.

Dronlar uzaqdan idarəetmə ilə açılan xüsusi konteynerlərdən buraxılıb və rus aerodromlarına eyni anda hücum ediblər.

"Əməliyyat 18 aydan çox müddətdə hazırlanıb və prezident Volodimir Zelenskinin birbaşa rəhbərliyi ilə həyata keçirilib”, – deyə Ukrayna rəsmisi bildirib.

Hücum zamanı Ukrayna ordusu uzaqmənzilli qanadlı raketlərin daşıyıcısı olan Tu-95 strateji bombardmançılarını və A-50 tipli hava radar təyyarələrini hədəfə alıb. Əgər bu məlumatlar təsdiqlənsə, bu, müharibə başlayandan bəri Rusiya Hərbi Hava Qüvvələrinə vurulan ən ağır zərbələrdən biri olacaq.

Ukrayna xüsusi xidmət orqanları tərəfindən yayımlanan videolarda rus aerodromlarından birində partlayışlar və yanğınlar, habelə təyyarələrin məhv edilməsi əks olunub.

"Hörümçək toru” əməliyyatı 2025-ci il 1 iyun tarixində SBU və Hərbi Kəşfiyyat İdarəsi (HUR) tərəfindən eyni vaxtda həyata keçirilib. Ən azı beş rus aerodromuna hücum olunub. FPV-dronlar partlayıcı maddələrlə doldurularaq əvvəlcədən Rusiyaya gizli şəkildə keçirilib, gizlədilib və sonra uzaqdan işə salınıb.

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, işğalçı qüvvələrə itkilər vermək və onların silahlı potensialını zəiflətmək Rusiyanı həqiqi diplomatik danışıqlara məcbur etməlidir.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->