"Gəncə Memorial Hospital" Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) yoxlama aparılıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, aparılan yoxlama zamanı bir sıra tibb işçilərinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə götürüldüyü müəyyən edilib.
Aşkarlanmış pozuntulara görə xəstəxananın direktoru Vüsal Sadıqov Şahbaz oğlu barəsində 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunub.
Bundan əlavə, qeyd olunub ki, hazırda "Gəncə Memorial Hospital" MMC-nin Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə 111,549.64 AZN vergi borcu mövcuddur.
Aydın
Şərhlər