ABŞ prezidenti Donald Tramp Asiya, Afrika və Latın Amerikasından olan 12 ölkənin vətəndaşlarının ölkəyə girişinə qadağa qoyub. Qadağa 9 iyun tarixindən qüvvəyə minəcək.
Qaynarinfo CNN-ə istinadla xəbər
verir ki, ABŞ-a girişə qadağa qoyulan ölkələr bunlardır: Əfqanıstan, Myanma, Çad, Konqo Respublikası, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəmən.
Bundan əlavə, Tramp daha 7 ölkənin vətəndaşlarının girişinə məhdudiyyət tətbiq edib. Söhbət Burundi, Kuba, Laos, Syerra-Leone, Toqo, Venesuela və Türkmənistan vətəndaşlarından gedir.
Müvafiq fərmanı imzalayarkən Tramp bəyan edib ki, bu ölkələrin vətəndaşları ABŞ üçün təhlükə yaradır:
"XXI əsrdə biz vizası bitmiş, dünyanın təhlükəli bölgələrindən gələn əcnəbilərin törətdiyi terror aktlarını bir-birinin ardınca gördük”.
O əlavə edib: "ABŞ elə ölkələrdən sərbəst miqrasiyaya icazə verə bilməz ki, orada ölkəyə daxil olmaq istəyən şəxsləri dəqiq və etibarlı şəkildə yoxlamaq mümkün deyil”.
Tramp xəbərdarlıq edib ki, bu siyahı dəyişkəndir və gələcəkdə ora yeni ölkələr əlavə oluna bilər.
Bundan başqa, Trampın bu qərarı ukraynalı tələbələr üçün də ciddi problem yaradıb — nəticədə 20-yə yaxın ukraynalı tələbə çətin vəziyyətdə qalıb. ABŞ-ın Daxili Təhlükəsizlik naziri Kristi Noem Harvard Universitetinə tələbə mübadiləsi proqramlarını həyata keçirməyə imkan verən sertifikatın qüvvədən düşməsi barədə göstəriş verib.
Alpər
Şərhlər