Xəbər lenti

Səhv köçürülmüş pulları necə qaytarmaq olar? - Ekspert
Ekonomiks 11:48 30.12.2022

Səhv köçürülmüş pulları necə qaytarmaq olar? - Ekspert

Vətəndaşların tez-tez üzləşdiyi problemlərdən biri də tanımadığı şəxsin bank kartına səhvən pul köcürülmələridir. Pul köçürülən kart sahibi bunu hədiyyə kimi qarşılayır və deyir ki, "kimsə bank kartıma pul köçürüb, mənimdi, onu geri qaytarmayacağam”. Doğrudan da, həmin şəxs başqasına aid olan maliyyəni özününkü kimi qəbul edir və pulu sahibinə geri qaytarmır. Hətta bəzi hallarda həmin insanlar səhvən bank kartına pul köçürən vətəndaşı belə haqsız duruma salırlar. 

Vəkil Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında bildirib ki, belə hal baş verərsə, ilk olaraq kart sahibi banka məlumat verməlidir:



"Bank isə səhvən pulu köçürülən vətəndaşla bağlı qarşı tərəfə məlumat verə bilməz. Çünki bu, bank sirridir. Burada bütün məsuliyyət bankın üzərinə düşür. Bank həmin vətəndaşla əlaqə saxlayaraq, onun kartına başqa bir vətəndaşın pul köçürdüyü haqqında məlumatlandırır və pulun qaytarılmasını xahiş edir. Həmin şəxs öz xoşuna pulu qaytararsa, bank onu səhvən pul köçürən şəxsin kartına yönəldir. Amma həmin şəxs pulu qaytarmaya da bilər. Bank bu halda heç nə edə bilmir. Çünki həmin şəxs banka deyə bilər ki, onun mənə borcu var, onu kart yolu ilə köçürüb. Praktikada belə hallar çox olub. Sonda bank vətəndaşa deyir ki, həmin şəxs pulu geri qaytarmır. Bu baş verərsə, problemi yalnız məhkəmə yolu ilə həll etmək mümkündür”. 

Əkrəm Hərənov deyir ki, Mülkü Məcəllədə əsassız varlanma deyilən bənd mövcuddur:

"Əsassız varlanma o deməkdir ki, heç bir hüquqi əsas olmadan başqasının pulunu mənimsəyirsən. Ona görə də vətəndaş səhvən başqasının bank kartına pul köçürdüyü şəxsi məhkəməyə verməlidir. Məhkəmə isə pulun vətəndaşa aid olduğunu sübut edəndən sonra bununla bağlı qərar qəbul edir”. 

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->