Xəbər lenti

Kremlin yeni anti-miqrant qanunu nədən xəbər verir? (ŞƏRH)
Dünya 16:54 02.09.2025

Kremlin yeni anti-miqrant qanunu nədən xəbər verir? (ŞƏRH)

"Bu məsələyə hüquqi və siyasi rakursdan baxmaq lazımdır. Miqrantlarla bağlı beynəlxalq hüquqi normalar var. Rusiya isə miqrantlara münasibətdə sərgilədiyi addımlarla bu hüquq normalarını pozur".

Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Moskva və Moskva vilayətindəki miqrantlara münasibətdə tətbiq edilən "Amina" adlı mobil tətbiqin istifadəyə verilməsini şərh edərkən deyib. 

"Siyasi baxımdan isə Moskva keçmiş sovet respublikalarını nəzarət altında saxlamaq üçün öz ərazisindəki miqrantlardan təzyiq vasitəsi kimi istifadə edir", deyə Sərdar Cəlaloğlu bildirib.

Partiya sədrinin fikrincə, əslində Rusiyanın keçmiş sovet respublikalarından olan miqrantıara münasibətdə belə addımlar atmağa heç bir haqqı yoxdur:

"Ən azından ona görə ki, hazırda Rusiyanın ərazisində olan irili-xırdalı demək olar bütün obyektlər elə keşmiş müttəfiq respublikaların bilavasitə iştirakı ilə yaradılıb. SSRİ dağılarkən onun bütün aktivləri varis kimi Rusiyaya verildi. Bu baxımdan, Rusiyanın sərvətlərində SSRİ-yə daxil olan bütün respublikaların da payı vardır. Yəni məsələyə siyasi, hüquqi və tarixi baxımdan yanaşacağımız halda, Rusiyanın mqirantlara müqasibətdə atdığı addımların heç birinin əsası yoxdur".



Həmsöhbətimiz bu istiqamətdə Rusiyaya qarşı əks addımların atılmasını vacib hesab edir:

"Rusiya hansı ölkə miqrantlarına qarşı müxtəlif qanunları qəbul etməklə təzyiqlər edirsə, həmin ölkələr də öz növbəsində ərazisində olan rus iş adamları ilə bağlı müvafiq qərarlar qəbul edə bilərlər. Keçmiş sovet respublikalarında fəaliyyət göstərən rusların həmin ölkələrdə qalma müddəti məhdudlaşdırıla bilər. Bununla da Rusiyanın miqrantların gəldiyi ölkələrə qarşı təzyiqlərini yumşaltmaq olar".

Qeyd edək ki, Rusiya miqrantlara münasibətdə sərt nəzarət tədbirlərinə əl atmaqda davam edir. Bu istiqamətdə növbəti addım Moskva və Moskva vilayətində "Amina" adlı mobil tətbiqin istifadəyə verilməsidir. Artıq vizasız ölkələrdən gələn bütün miqrantlar bu tətbiqi yükləməli, ünvanlarını qeyd etməli və geolokasiyanı aktivləşdirməlidirlər. Tətbiq bütün yerləşmə məlumatlarını DİN-ə ötürəcək. Əgər şəxs üç gün ərzində "yoxa çıxarsa", onun bank hesabları, SIM-kartı bloklanacaq və deportasiya edilməsi mümkün olacaq. 

Ekspertlər bildirirlər ki, bu addım Rusiyada illərdir artan antimiqrant siyasətin yeni formasıdır. Xüsusilə də türk və müsəlman respublikalarından olan, eləcə də Azərbaycan kimi postsovet ölkələrindən gələn miqrantlar bu siyasətin əsas hədəfindədir. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->