Xəbər lenti

Azərbaycanın valyuta ehtiyatları nə qədərdir? (RƏQƏM)
Ekonomiks13:14 02.09.2025

Azərbaycanın valyuta ehtiyatları nə qədərdir? (RƏQƏM)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu ilin avqust ayında Mərkəzi Bankın valyuta ehtiyatları 58,2 milyon dollar və ya 0,5% artaraq 11 milyard 249,4 milyon dollara yüksəlib.
Qaynarinfo xəbər verir ki, ötən bir il ərzində isə valyuta ehtiyatları 534,1 milyon dollar və ya 4,5% azalıb.
Qeyd edək ki, 2024-cü ilin avqust ayının sonunda Mərkəzi Bankın valyuta ehtiyatları 11 milyard 783,5 milyon dollar həddində olub.
Məlumat üçün bildirək ki, Mərkəzi Bankın valyuta ehtiyatları 2014-cü ilin iyul ayında tarixi zirvəyə – 15 milyard 193 milyon dollara yüksəlib. Lakin növbəti aydan – avqustdan başlayaraq valyuta ehtiyatlarında azalma müşahidə olunub. Bu, eyni zamanda 18 aydan sonra qeydə alınan ilk azalma olub. Belə ki, valyuta ehtiyatları 2013-ci ilin fevral ayından sonra heç vaxt aşağı düşməyib. Ən kəskin azalma isə 2014-cü ilin dekabr ayında baş verib – 1 milyard 238 milyon dollar.